Əfqanıstanda “Instagram”, “Facebook” və “Snapchat” sosial media platformalarına giriş məhdudlaşdırılıb.
Yeniera.az xəbər verir ki, bu barədə “NetBlocks” xidməti bildirib.
“Məlumatlar göstərir ki, “Instagram”, “Facebook” və “Snapchat” sosial media platformaları ötən həftə telekommunikasiya kəsildikdən sonra Əfqanıstanda bir neçə provayder tərəfindən məhdudlaşdırılıb”, – deyə xidmətin sosial mediada verdiyi açıqlamada deyilir.
Sentyabrın 29-da “NetBlocks” Əfqanıstanda Talibanın mənəviyyatın tətbiqi tədbirləri fonunda internetin tamamilə bağlandığını bildirmişdi.
BMT-nin Əfqanıstandakı missiyası sentyabrın 30-da bildirib ki, ölkədə 43 milyondan çox insan qlobal internetdən kəsilib, internetin bağlanması maliyyə, bank, səhiyyə və digər xidmətlərə təsir edib.
Yeganə

