“Real Madrid”in keçmiş futbolçusu Toni Kroos kluba qayıda bilər.
Yeniera.az xəbər verir ki, onun “Real”da köməkçi məşqçi işləyəcəyi irəli sürülür. Məşhur jurnalist Fransua Qallardo belə iddia ilə çıxış edib. Onun iddiasına görə, “Real Madrid” Yürgen Kloppla razılıq əldə edib. Bildirilir ki, mövsümün sonunda Alvaro Arbeloa məşqçi postundan göndəriləcək. Onun yerinə Klopp təyin ediləcək.
Kroosun Kloppun əsas köməkçi məşqçisi olacağı irəli sürülüb. Həmçinin, Kloppun heyətdə bir sıra islahatlar aparacağı və Erlinq Holannın transferini tələb etdiyi iddia edilir.
