Bakıda fəaliyyət göstərən özəl estetik klinikalardan birində “əl enerjisi” ilə müalicə apardığı iddia olunan əcnəbi saxlanılıb.

YENİERA.az Xəzər TV-yə istinadən xəbər verir ki, özbəkistanəsilli şəxs insanlara əli ilə bio müalicə vəd edirmiş.

Buna inanan onlarla şəxs onun qəbuluna düşmək üçün növbə gözləyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan izdihamın səbəbkarı kimi göstərilən özbəkistanəsilli şəxsin insanları “Bİ Es” adlı klinikada qəbul etdiyi bildirilir.

Adıçəkilən klinikanın vəkili Əsəd Əhmədli isə məsələ ilə bağlı bildirib ki, klinikanın həmin şəxslə hər hansı əlaqəsi yoxdur. Onun sözlərinə görə, sözügedən şəxslə klinika arasında heç bir müqavilə bağlanmayıb.

Vəkil qeyd edib ki, klinikanın fəaliyyət göstərdiyi məkanda rəsmi şəkildə icarədə olan digər şəxslər də fəaliyyət göstərirlər və qəbul da həmin şəxslərdən birinin icarəyə götürdüyü otaqda həyata keçirilib.

Sözügedən özbəkistanəsilli vətəndaşa otağı icarəyə verən şəxs isə məsələ ilə bağlı “Xəzər Xəbər” proqramına açıqlama verib.

Exit mobile version