“2022-ci ilin yanvarında Kiyevə səfərimi xatırlayıram. Sizinlə (Volodimir Zelenski – red.) apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır”​.

Yeniera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı qeyd edib: “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”.

***

Prezident bildirib ki, bir çox istiqamətlər üzrə bu gün biz uğurla əməkdaşlıq edirik: Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.

Bu gün müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlət başçısı deyib: “Burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var”.

***

Prezident İlham Əliyev bildirib ki, hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var: “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsal ilə bağlı çox gözəl imkanlar var”.

Exit mobile version