“Sea Breeze”nin rəhbəri Emin Ağalarov akvaparkda azyaşlının ölümü ilə bağlı açıqlama verib.
Yeniera.az xəbər verir ki, Ağalarov bu barədə sosial şəbəkə hesabında yazıb.
Açıqlama deyilir:
“Sea Breeze ərazisindəki akvaparkda baş verən faciəvi hadisə nəticəsində bir uşaq həyatını itirib. Şəxsən öz adımdan və bütün Sea Breeze komandası adından ailəyə dərin və səmimi başsağlığı verirəm. Belə bir anda valideynlərin və yaxınlarının yaşadığı ağrını yüngülləşdirə biləcək söz tapmaq mümkün deyil.
Hazırda hadisənin bütün təfərrüatlarını, o cümlədən uşağın hovuzun texniki zonasına, qoruyucu hasarların arxasında su nasoslarının işlədiyi əraziyə necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır.
Biz öz tərəfimizdən araşdırmaya hərtərəfli dəstək göstəririk.
Uşaqların və böyüklərin təhlükəsizliyi həmişə Sea Breeze üçün mütləq prioritet, həmçinin öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.
Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
Sea Breeze komandası və şəxsən mən ailəyə lazımi dəstək və yardımı göstərəcəyik”.
