Astrologiyaya görə, bəzi bürclər güclü intuisiyaları, diqqətli müşahidələri və empatiya qabiliyyətləri sayəsində qarşılarındakı insanı qısa müddətdə tanıya və əsl niyyətini hiss edə bilirlər.
Yeniera.az həmin bürcləri təqdim edir:
Əqrəb güclü sezgiləri ilə insanların dedikləri ilə etdikləri arasındakı uyğunsuzluğu tez fərq edir və səmimiyyəti asanlıqla hiss edir.
Qız bürcü isə detallara diqqəti ilə seçilir. Kiçik məqamlardan belə nəticə çıxara bilən Qızlar qarşılarındakı insanın xarakteri barədə qısa zamanda fikir formalaşdırırlar.
Əkizlər ünsiyyət bacarıqları və düzgün suallar vermək qabiliyyəti sayəsində insanları sürətlə analiz edə bilirlər.
Xərçəng yüksək empatiya hissi ilə insanların emosiyalarını, səs tonundakı və davranışlarındakı kiçik dəyişiklikləri belə sezə bilir.
Balıq isə astrologiyada intuisiyası ən güclü bürclərdən biri hesab olunur. Onların insanların hiss və niyyətlərini davranışlarından anlamaqda daha uğurlu olduqları bildirilir./publika
