• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
11°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Hadisə

Ərini çarpayıdan yıxıb öldürən qadına hökm oxundu - Azadlığa çıxa biləcək

08 Oktyabr, 25 / 16:56
A A
Ərini çarpayıdan yıxıb öldürən qadına hökm oxundu - Azadlığa çıxa biləcək

Ərini ehtiyatsızlıq nəticəsində öldürməkdə ittiham olunan 39 yaşlı Raidə Mahmudovanın məhkəmə araşdırması başa çatıb.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

İttihamda yazılıb ki, Raidə Mahmudova Xətai rayonu ərazisində birgə yaşadığı mənzildə aralarında yaranan mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib, daha sonra onu çarpayıdan yerə itələyib. Nəticədə H. Mahmudov aldığı xəsarətlərdən ölüb.

Bu əmələ görə prokurorluq R. Mahmudovaya Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb. Həmin maddə ilə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Lakin məhkəmə bu ittihamı təsdiq etməyib. Hakim Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası hesab edib ki, hadisə Cinayət Məcəlləsinin daha yüngül-124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə uyğundur. Bu maddənin sanksiyasında maksimum 3 il həbs var. Yekunda Raidə Mahmudova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılacaq. Bu tip müəssisələrdə cəza çəkən məhkumlara isə müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənara çıxmağa icazə verilir.

Cəza müddəti xanım müttəhimin tutulduğu gündən – 25 oktyabr 2024-cü ildən hesablandığından yuxarı instansiya məhkəmələri hökmü qüvvədə saxlayacağı halda Raidə 6 ay sonra tam azad olacaq.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Ronaldo ilk milyarder futbolçu kimi tarixə düşdü

Növbəti Yazı

“Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı”

XƏBƏR LENTİ

Biləsuvardakı qəzada ölən gəncin FOTOLARI

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.