Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə təşkilatın təsis prinsiplərinə əsaslanaraq əməkdaşlığı gücləndirməyə çalışır.

Yeniera.az xəbər verir ki, bunu Baş nazirin müavini Tiqran Xaçatryan deyib.

O bildirib ki, söhbət müstəqilliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən, sərhədlərin toxunulmazlığından, təcavüzün aradan qaldırılmasından, güc tətbiq edilməməsindən gedir.

Xaçatryan İrəvan və Pekin arasında dinamik inkişaf edən münasibətlərin 2025-ci ildə çoxvektorlu əməkdaşlıq və qarşılıqlı səfərlərdə ifadə olunduğunu qeyd edib.

“Ermənistanın “Dünyanın kəsişməsi” təşəbbüsü Çinin “Bir kəmər və yol” təşəbbüsü ilə sinxronlaşdırıla bilər”, – Xaçatryan bildirib.

Baş nazirin müavini xatırladıb ki, Ermənistan bu təşəbbüsə ilk qoşulanlardan olub.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan və Azərbaycan da ŞƏT-ə üzv olmaq üçün müraciət etmişdilər, lakin təşkilatın son sammitində Hindistan Azərbaycanın, Pakistan isə Ermənistanın üzvlüyünə veto qoymuşdu.

Rza Əli

Exit mobile version