Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib.
Yeniera.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən “Gəmi” istirahət mərkəzində qeydə alınıb.
1962-ci il təvəllüdlü Nağıyeva Sevda Çingiz qızı istirahət mərkəzində qəflətən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.\\teleqraf
