Süni intellekt platforması “Google Gemini”nin işində problem yaranıb.
Yeniera.az xəbər verir ki, bu barədə “Downdetector” platformasının “X” hesabında paylaşım edilib.
Bildirilib ki, ABŞ-nin Şərq vaxtı ilə saat 12:11-dən etibarən istifadəçilər “Gemini” xidmətində nasazlıqlarla bağlı şikayətlər göndərməyə başlayıblar. Paylaşımda istifadəçilərdən problemin onlara necə təsir etdiyi barədə məlumat vermələri istənilib.
Hələlik “Google” tərəfindən nasazlığın səbəbi və ya aradan qaldırılması ilə bağlı rəsmi açıqlama verilməyib.
***
Hazırda platformanın çalışdığı bildirilir.
