Gürcüstan Xarici İşlər Nazirliyi təşkilatın hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Tbilisidə hökumət əleyhinə mitinqdə çıxışından sonra ATƏT Katibliyinə etiraz notası göndərib.
Yeniera.az xəbər verir ki, notada qeyd olunub ki, oktyabrın 14-də Valtonen rəsmi səfərinin proqramından kənara çıxıb, sərbəst, lakin qeyri-qanuni olaraq Tbilisinin əsas prospektini bağlayan kiçik fəallar qrupuna qoşulub və reallığı əks etdirməyən nictimai bəyanatla çıxış edib.
Xarici İşlər Nazirliyi bunu Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti qəsdən çaşdırmaq cəhdi kimi qiymətləndirir.
“Bu hərəkətlər ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və fəaliyyətdə olan sədrin mandatından sui-istifadə kimi qiymətləndirilə bilər ki, bu da etimadı və gözlənilən neytrallığı sarsıdır”, – deyə Gürcüstanın İctimai Yayımları nazirlikdən sitat gətirib.
Yeganə

