Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorun təhqiredici çıxışlarına niyə cavab vermədiyini izah edib.

O, bu barədə Nyu-Cersidə azarkeşlərlə görüşdə danışıb:

“Biz belə danışa bilmərik. Kimsə mənimlə mübahisə etmək istəyirsə, bu, real söhbət olmalıdır, sadəcə pis sözlər yox. O, təhqir etməkdə məndən daha yaxşıdır, bunu döyüşdən və mətbuat konfransından əvvəl də bilirdim. Özümə sual verdim: “Onun səviyyəsinə enib eyni sözləri deyə bilərəmmi? Xeyr, mən bundan üstün olmalıyam. Pis sözlərlə onu məğlub edə bilərəmmi? Xeyr. Bu, debat deyil, real söhbət deyil, ona görə də vaxt itirməyə dəyməz”. O vaxt qardaşlarıma dedim: “Kim olduğumu qəfəsdə göstərəcəyəm. Belə daha yaxşı olacaq”.

Qeyd edək ki, Həbiblə Makqreqor arasında döyüş 2018-ci ilin oktyabrında baş tutub və Nurməhəmmədov həmin qarşılaşmada dördüncü raundda tabe etmə ilə qalib gəlib.//Offsideplus.az

Exit mobile version