HƏMAS Qəzza zolağında İsrailin nəzarətində olan ərazilərdən öz qüvvələrini çıxarmağa hazır olması barədə vasitəçiləri məlumatlandırıb.

Yeniera.az xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli rəsmisi İsmayıl Radvan bildirib.

“Biz vasitəçilərə döyüşçüləri sarı zonadan çıxarmağa hazır olduğumuz barədə məlumat verdik”, – deyə Radvan deyib.

O, həmçinin HƏMAS-ın israilli girovların qalıqlarının geri qaytarılması problemini ən qısa zamanda həll etməyə hazır olduğunu bildirib və təşkilatın atəşkəsə sadiq olduğunu bir daha vurğulayıb.

Rza Əli

Exit mobile version