Dünən Azərbaycan sərhədi vasitəsilə İranı tərk edən rusiyalıları təxliyə etmək üçün ölkəmizə gələn Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Azərbaycanı tərk edib.
YENİERA.az xəbər verir ki, bu barədə məlumatı Rusiya FHN yayıb.
Bildirilib ki, nazirliyə məxsus “İl-76” təyyarəsi 117 Rusiya vətəndaşını Azərbaycandan Moskvaya aparıb. Həmin şəxslərdən 54-ü uşaqdır.
