Abşeronda – Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, azyaşlının valideynləri artıq tapılıb.

Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi təmin edilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 2 yaşlı uşaq tapılması barədə məlumat yaymışdı.

Exit mobile version