Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.
Yeniera.az xəbər verir ki, bununla bağlı icra başçısı Seymur Orucov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaur Babayev RİH-in Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun isə müdiri təyin olunub.(İqtisadiyyat.az)
