Azadlıq prospektinin Rəsulzadə qəsəbəsi hissəsinə yeni nişan quraşdırılıb.

Demokrat.az-ın məlumatına görə, Azadlıq prospektinin 26 nömrəli Notariatın qarşısında başlayıb, Rəsulzadə qəsəbəsinə giriş hissəsində zolaqlar üzrə hərəkəti müəyyən edən 5.8.1 məlumatverici nişan qoyulub.

Sözügedən nişan iki zolaq üzrə hərəkətin istiqamətini xəbərdar edir, qayda pozan sürücülər isə kamera vasitəsi ilə cərimələnir.

Qeyd edək ki, sözügedən ərazidə iki zolaq olduğu, və sola dönənlərin az olduğu üçün pik saatlarda həmin yolda butulka effekti, nəticə olaraq da uzun tıxaclar yaranır.

Exit mobile version