İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinə məxsus iki hərbi gəmiyə ballistik raketlərlə uğurlu zərbələr endirdiyini bildirib.

Yeniera.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Məlumatda deyilir:

“İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava-Kosmik Qüvvələri keçirdiyi əməliyyat zamanı qanadlı raketlər və “Aegis” hücumdan müdafiə sistemi ilə təchiz olunmuş “DDG-119” və “DDG-53” esmineslərinə ballistik raketlərlə zərbə endirib”.

Qeyd olunur ki, hücum nəticəsində ABŞ hərbi gəmilərinə ciddi ziyan dəyib.

Exit mobile version