Xüsusi üsulla gizlədilərək 112 kiloqramdan artıq narkotik vasitə – heroinin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Yeniera.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.
Yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb. Çətinləşdirilən üsuldan istifadə edilməklə gizlədilmiş heroinin xalis təmiz çəkisi 112 kq 761,757 qram olub.
Faktla bağlı araşdırma aparılır.
