“İki il davam edən İsrail-HƏMAS müharibəsi təbii ki, insanlığı olan hər kəsi çox üzürdü, narahat edirdi. Çünki Qəzzada baş verənlər bir faciə idi. Bu baxımdan belə bir razılığın əldə olunması çox sevindiricidir”.
Bu fikirləri Yeniera.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
O bildirib ki, bu, müvəqqəti sazişdir:

“Bu, ömürlük sazişdimi, xeyr. İndiyə qədər bu tipli razılaşmalar HƏMAS-la İsrail arasında çox olub. Amma qısa müddətdən sonra yeni müharibənin başladığını görmüşük. Arzumuz odur ki, bir daha faciə təkrarlanmasın. Ən nəhayət Yaxın Şərqə sülh gəlsin. Lakin bir faktı da deyək ki, necə Rusiya Cənubi Qafqazda daim gərginlik istəyir, eləcə də Amerika Yaxın Şərqdə hər zaman gərginliyin olmasının tərəfdarıdır. Çünki həmin bölgəni tam olaraq öz nəzarətində saxlamağın ən asan yolu budur. Amma istənilən halda Yaxın Şərq bir müddət rahat nəfəs alacaq, özünə gələcək”.
Ekspert hər an İsrailin atəşkəsi poza biləcəyini istisna etmir:
“Doğrudur, son savaşda atəşkəsi pozan tərəf HƏMAS olmuşdu. Lakin İsrail-HƏMAS qarşıdurmasının tarixinə baxsaq, daha çox Təl-Əvivin dinc dayanmadığını görərik. Hadisələri axarına buraxaq. Gələcəkdə nələrin baş verəcəyini, min olun ki, heç Netanyahu yaxud Trampın özü belə bilmir”.
Mikayıl Mirzəzadə

