“Rusiya İsraildən İranla qarşıdurmada maraqlı olmadığına dair siqnallar alır”.
Yeniera.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiya-Mərkəzi Asiya Sammitində bildirib.
Rusiya prezidenti ikinci Rusiya-Mərkəzi Asiya sammitində çıxışı zamanı vurğulayıb ki, Moskva İsrail tərəfi ilə etibarlı əlaqələri davam etdirir.
“Biz İsrail rəhbərliyindən siqnallar alırıq ki, bizdən iranlı dostlarımıza İsrailin gələcək nizamlanmaya sadiq olduğunu və heç bir qarşıdurmada maraqlı olmadığını çatdırmağı xahiş edirik”, – deyə Putin bildirib.
Yeganə

