Türkiyənin İstanbul şəhərindəki İsrail konsulluğuna silahlı hücum edilib.

Yeniera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisə nəticəsində 2 polis əməkdaşı yaralanıb.

İsrail konsulluğuna hücumda iştirak edən 3 nəfər öldürülüb.

Türkiyənin ədliyyə naziri Gürlek bildirib ki, İstanbulda İsrail Konsulluğu ətrafında baş verənlərlə bağlı Cumhuriyyət baş prokurorluğu tərəfindən istintaq başladılıb.

Exit mobile version