“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin Satınalmalar departamentinə rəis təyin edilib.
Yeniera.az xəbər verir ki, bununla bağlı ASCO-nun İdarə heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən sözügedən vəzifə Kamil Bektaşiyə həvalə olunub.
K.Bektaşi hazırda qurumda fəaliyyətini tam ştatda yalnız qeyd olunan vəzifə üzrə davam etdirir.
Qeyd edək ki, o, bu təyinatadək ASCO-nun İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tuturdu. (plat.az
