Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu barəsində məhkəmənin qərarı ilə “prezidenti təhqir etmə” maddəsi üzrə 11 ay 20 gün müddətinə həbs cəzası verilib.

Yeniera.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Cumhuriyet” məlumat yayıb.

“Mərsin Cinayətlər Məhkəməsində baxılan iş üzrə qərar verilib. CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu barəsində “prezidenti təhqir etmə” maddəsi üzrə 11 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib”, – məlumatda bildirilib.

Xatırladaq ki, Kamal Kılıçdaroğlu barəsində 2014-cü ildə Rəcəb Tayyib Ərdoğanın baş nazir, onun isə CHP sədri olduğu dövrdə Mərsində keçirilən mitinqdə və 2016-cı ildə Ədirnədə etdiyi çıxışlar, həmçinin sonrakı illərdə partiyasının iclaslarında səsləndirdiyi ifadələrə görə, sədrlik və deputatlıq səlahiyyətləri başa çatdıqdan sonra 2024-cü ildə istintaq başladılmışdı.

Exit mobile version