Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparıb.
Yeniera.az xəbər verir ki, Medvedev jurnalistlərlə söhbətində görüşün isti atmosferdə olduğunu qeyd edib.
“Koreya Fəhlə Partiyasının Baş katibi və Dövlət İşləri üzrə Sədri yoldaş Kim Çen In ilə çoxillik əlaqələrimizi səciyyələndirən mehribanlıq şəraitində tam tərkibdə danışıqlar aparılıb”, – deyə “TASS” Medvedyevdən sitat gətirib.
Bundan əvvəl KXDR-də Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Koreya Xalq Ordusunun silahlarının sərgisini ziyarət edib.
Yeganə

