2026-cı ilin iyun ayında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.4% artıb.

Yeniera.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı”na istinadən xəbər verir.

Qeyd olunur ki, aylıq əsasda isə 0.3% artım qeydə alınıb.

Dövlət Statikstika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin II rübündə mənzil bazarında qiymət ötən ilin müvafiq dövrünə nəzərən 8.6% artıb.

İlkin mənzil bazarında qiymət artımı bu dövrdə 12.4%, təkrar mənzil bazarında isə 8.6% yüksəlib.

Exit mobile version