Körpü Bina Tikinti şirkəti barədə redaksiyamıza şikayət daxil olub.

Yeniera.az xəbər verir ki, “Xəbərsiz”ə müraciət edən şikayətçinin iddiasına görə, şirkətdə çalışan İbadullayev Novruz Xaləddin oğlu rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərinə daxil olmayan işlərə cəlb olunub.

Zərərçəkmişin bildirdiyinə görə, məhz bu məcburi iş zamanı o, baş nahiyəsindən xəsarət alıb. Hadisə nəticəsində onun əmək qabiliyyətini itirdiyi, hazırda işləyə bilmədiyi qeyd olunur.

Şikayətçinin sözlərinə görə, aldığı zərbədən sonra başında ağrılar, şiş və digər sağlamlıq problemləri yaranıb.

Məsələ ilə bağlı o, şirkət rəhbərliyinin, o cümlədən şirkətin rəhbəri Göyüşov Xəlilin hər hansı dəstək göstərmədiyini iddia edir.

Zərərçəkmiş həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə olduğunu bildirir.

İdiallarla bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, əmək qanunvericiliyinə əsasən, işçilərin vəzifə səlahiyyətlərindən kənar işlərə məcbur edilməsi və iş yerində təhlükəsizlik qaydalarının pozulması ciddi hüquqi məsuliyyət yaradır.

Exit mobile version