“Polşanın Rusiya prezidenti Vladimir Putinin təyyarəsinin təhlükəsizliyini təhdid etməsi Varşavanın terror aktları törətməyə hazır olduğunu göstərir”.
Yeniera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Polşalılar indi terror aktlarını özləri törətməyə hazırdırlar. Bunlar çox əlamətdar hallardır”, – Lavrov bildirib.
O, əlavə edib ki, Polşa da rəsmi məhkəmə vasitəsilə “Şimal axını”na qarşı terror aktını eyni şəkildə əsaslandırıb.
Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl bəyan etmişdi ki, Varşava Vladimir Putinin təyyarəsi ölkə üzərində uçarsa, onun təhlükəsizliyinə zəmanət verə bilməz. O, bu sözləri Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək sammitə münasibət bildirərkən deyib.
Yeganə

