Madaqaskar Milli Assambleyasının üzvləri 130 səslə, bir boş bülletenlə prezident Andry Rajoelinanın impiçment edilməsinə səs veriblər.
Yeniera.az xəbər verir ki, Ali Konstitusiya Məhkəməsi nəticələri təsdiqləməlidir.
Ordu paytaxt Antananarivoda məhkəmə binasının ətrafını mühasirəyə alıb.
Prezident Rajoelina impiçment səsverməsini pisləyib. O, Milli Məclisi buraxmasına baxmayaraq sessiyanın baş tutduğunu qeyd edib və səsverməni konstitusiyaya zidd adlandırıb.
Rajoelina impiçmenti üçün səsvermədən sonra CAPSAT elit hərbi birliyi hakimiyyəti öz üzərinə götürdüyünü açıqlayıb.
Yeganə
Həmçinin oxuyun: https://yeniera.az/madaqaskar-prezidenti-parlamentin-asagi-palatasini-buraxib/

