ABŞ rəsmiləri Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi hakimiyyəti qoruyub saxlamaq məqsədilə öz vətəndaşlarına qarşı sui-qəsd təşkil etməkdə ittiham ediblər.
Yeniera.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi ittiham aktına istinadən məlumat yayıb.
“O, konkret şəxslərə qarşı işgəncə tətbiqinə icazə verib və siyasi müxalifəti susdurmaq vasitəsi kimi işgəncə, özbaşına həbs və zorakılıqdan istifadə etmək üçün nəzərdə tutulmuş sistemə rəhbərlik edib”, – məhkəmə sənədində qeyd olunur.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.
