Xəbər verdiyimiz kimi,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun deputat mandatı ləğv edilib.

Bəs,mandatını itirən deputat kimdir?

Yeniera.az bildirir ki,Qəzənfər İsmayıl oğlu Abdullayev 26 may 1983-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kəndində anadan olub.

1989-1998-ci illərdə Culfa rayonunun Bənəniyar kəndində orta təhsil alıb. 2000-ci ildə Naxçıvan şəhərində N. Tusi adına 9 saylı orta məktəbin X-XI siniflərini bitirib.

2000-ci ildə Naxçıvan Muxtar Respublikası Terminal-MMC-də gözətçi işləyib.

2001-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin Ümumi iqtisadiyyat fakültəsinin Mühasibat uçotu və audit ixtisasını fərqlənmə diplomu ilə bitirib.

2005-2006-cı illərdə hərbi xidmətdə olub.

2007-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mühasib vəzifəsində çalışıb.

2010-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Maliyyə-Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

2021-ci ildə “Həmkarlar ittifaqlarında xidmətlərinə görə” medalı ilə təltif olunub.

1 mart-18 may 2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında katib, Maliyyə-Təsərrüfat şöbəsinin müdiri vəzifələrində çalışıb.

18 may 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının II Məclisinin qərarı ilə Şuranın sədri vəzifəsinə seçilib.

31 iyul 2023-cü ildə Naxçıvan Futbol Federasiyasının sədri seçilib.

28 sentyabr 2023-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilib.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, ötən həftə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin var-dövləti ilə bağlı məlumatlar yayılmış və o, sədr vəzifəsindən istefa vermişdi.

Exit mobile version