Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq
  • Baləlidən “butulka” davası barədə AÇIQLAMA
  • Prezidentdən Ülvi Quliyevlə bağlı – Sərəncam
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Media nümayəndələri “Aztürk Holdinq”in “NeoOrdo” layihəsi barədə məlumatlandırılıb

Media nümayəndələri “Aztürk Holdinq”in “NeoOrdo” layihəsi barədə məlumatlandırılıb

İqtisadiyyat Ariz Əhədov23.01.2026 - 13:34
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bir qrup media nümayəndəsi “Aztürk Holdinq”in ofisində olub.

Yeniera.az xəbər verir ki, görüş çərçivəsində jurnalistlər holdinq tərəfindən həyata keçirilməsi nəzərdə tutulan “NeoOrdo” adlı iri miqyaslı innovativ turizm və əyləncə layihəsi barədə ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, 36 hektar ərazidə yaradılması planlaşdırılan və ABŞ-də fəaliyyət göstərən “Disneyland” modelindən daha müasir, texnoloji və çoxfunksiyalı olması nəzərdə tutulan turizm-əyləncə kompleksi Azərbaycanın qloba   l turizm xəritəsində mövqeyinin güclənməsinə töhfə verə bilər. Layihə təqdimatında vurğulanıb ki, dünya üzrə mövcud turist axınının yalnız məhdud bir hissəsinin cəlb edilməsi belə, ölkəyə əhəmiyyətli turist axını yarada biləcək potensial ssenari kimi qiymətləndirilir.

Hesablamalara əsasən, hər bir turistin minimum 1 000 ABŞ dolları həcmində xərcləmə etməsi nəzərə alındıqda, bu göstəricinin orta qlobal xərcləmədən aşağı və konservativ yanaşma olduğu qeyd edilib, layihə ölkə iqtisadiyyatına əhəmiyyətli həcmdə maliyyə axını formalaşdıra bilər.

Bildirilib ki, “NeoOrdo”nun iqtisadi təsiri yalnız turizm gəlirləri ilə məhdudlaşmayacaq. Layihə xidmət sektorunun genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına, nəqliyyat və şəhər infrastrukturunun inkişafına, vergi və qeyri-vergi daxilolmalarının artmasına, eləcə də Azərbaycanın beynəlxalq investisiya cəlbediciliyinin yüksəlməsinə töhfə verə bilər. Uzunmüddətli perspektivdə layihə ölkənin iqtisadi dayanıqlığını gücləndirən strateji təşəbbüs kimi təqdim olunub.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, “NeoOrdo” layihəsi dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratmayan model əsasında planlaşdırılıb. Layihənin maliyyələşdirilməsinin əsasən özəl və beynəlxalq investisiya mexanizmləri hesabına həyata keçirilməsi nəzərdə tutulur.

Təqdimatda layihənin konseptual yanaşmasına da toxunulub. Əlavə olunub ki, “NeoOrdo” qapalı deyil, açıq sistem prinsipləri üzərində qurulub və burada imkanlar geniş ictimaiyyət üçün əlçatan olmalıdır. Layihənin əsas prinsipləri kimi ictimai ədalət, şəffaflıq və bərabər imkanların təmin edilməsi göstərilib.

Tədbir çərçivəsində milli ideologiyanın təbliği və vətənpərvərlik dəyərlərinin cəmiyyətə çatdırılmasında fəal iştirak edən media qurumları və jurnalistlərə “Aztürk Holdinq”ə göstərdikləri dəstək üçün təşəkkür edilib. Bu məqsədlə media nümayəndələri mükafatlandırılıb.

“Aztürk Holdinq”in prezidenti Güləli Bağırov bildirib ki, holdinq gələcəkdə də milli ideologiyanın təşviqi və vətənpərvərlik mövqeyi ilə seçilən media qurumlarına dəstəyini davam etdirəcək və bu istiqamətdə yeni təşəbbüslər həyata keçiriləcək.

 

Bənzər Xəbərlər

16.09.2026 - 16:04Gülnar Əliyeva

Ramiz Mehdiyevin işində onlar da dindirilib

16.09.2026 - 15:38Gülnar Əliyeva

Münasib qiymətə texnologiya axtaranların diqqətində – CompStore.az

16.09.2026 - 15:36Gülnar Əliyeva

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

16.09.2026 - 14:20Gülnar Əliyeva

Dağ başında qalsalar - Xilas üçün pul ödəməli olacaqlar

16.09.2026 - 14:07Gülnar Əliyeva

Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq

16.09.2026 - 14:06Gülnar Əliyeva

Sabah yağış yağacaq, şimşək çaxacaq

16.09.2026 - 13:58Gülnar Əliyeva

Veteranlara şad xəbər - 400 manat... 

16.09.2026 - 13:55Gülnar Əliyeva

Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB

16.09.2026 - 13:41Gülnar Əliyeva

Əhdi və tanışı SƏRBƏST BURAXILDI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 048

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 086

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 015

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 809
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.