Bakıda 32 yaşlı şəxs qəfil vəfat edib.

Yeniera.az xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

İyulun 27-si saat 14 radələrində 1994-cü il təvəllüdlü Elvin Taqarovun meyiti yaşadığı evin həyətində aşkarlanıb.

Onun ölüm səbəbinin müəyyən edilməsi məqsədilə Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Taqarov Buzovnada tikinti materialları mağzasında işləyirmiş.

Exit mobile version