Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq və çöl quşu ovlayan şəxslər saxlanılıb.

Yeniera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, həmçinin xidməti əraziyə aid qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.

İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb. Ona baxış keçirilən zaman müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb.

Həyata keçirilən digər tədbir zamanı isə milli parkın ərazisində qanunsuz ov edən E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalov saxlanılıblar.

Həmin şəxslərdən sənədləri olmayan 4 ədəd ov silahı, həmçinin qanunsuz ovlanmış və “Qırmızı Kitab”a daxil olan müxtəlif növ 72 çöl quşu aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Exit mobile version