Rusiya 2022-ci ildən həbsdə saxlanılan ABŞ vətəndaşı, keçmiş dəniz piyadası Robert Gilmanı azad edib.
Yeniera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Gilmanı humanitar əsaslarla azad etməyə razılıq verib. Bunun müqabilində hər hansı rusiyalı məhbusun azad edilməsi tələb olunmayıb və məhbus mübadiləsi həyata keçirilməyib.
Robert Gilman 2022-ci ildə Rusiyada həbs edilmişdi. O, polis əməkdaşına qarşı zor tətbiq etmək və daha sonra Federal Cəzaların İcrası Xidmətinin əməkdaşlarına hücum etməkdə təqsirli bilinmişdi. Gilman ümumilikdə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Tramp bildirib ki, Putin Gilmanın humanitar əsaslarla azad edilməsinə razılıq verib və bunun qarşılığında Rusiya tərəfi heç bir məhbus tələb etməyib.
Keçmiş ABŞ dəniz piyadası artıq Rusiyanı tərk edərək ABŞ-yə yola düşüb.
Musavat.com
