Bu gün Zərdabda baş vermiş ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
Yeniera.az xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, Zərdabın Kəndəbil kəndində aşaraq qəzaya uğrayan “Prius” markalı avtomobildə ölən sürücünün 6-cı Muğam Festivalının qaliblərindən biri olan muğam ifaçısı Məfdun Məmmədovun atası olduğu müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd olunur ki, qəza zamanı daha bir nəfər xəsarət alıb.



