Close Menu
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
SON DƏQİQƏ:
  • Bakıda dəhşətli yanğın: Restorana od vurub, qapıları kilidlədi… – VİDEO
  • Yas mərasimləri ilə bağlı YENİ QƏRAR
  • Tanınmış yazıçı VƏFAT ETDİ – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Naxçıvan Ali Məclisində və tabeli qurumlarında pozuntular aradan qaldırılmayıb

Naxçıvan Ali Məclisində və tabeli qurumlarında pozuntular aradan qaldırılmayıb

Gündəm Ariz Əhədov13.01.20262 Baxılıb
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində və tabeli qurumlarında 2024-cü ildə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi ilə bağlı aparılmış uyğunluq auditi zamanı aşkar edilən bir sıra maliyyə pozuntuları bu günə qədər aradan qaldırılmayıb.

Yeniera.az bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.

Auditin nəticələrinə əsasən, Ali Məclisin aparatında vəzifədən azad edilmiş bir əməkdaşa işləmədiyi günlərə görə artıq hesablanmış 2 710,65 manat əməkhaqqının, eləcə də sığortaedənin vəsaiti hesabına ödənilmiş 664,10 manat artıq sığorta haqqının bərpa edilməsi hələ də təmin edilməyib.

Eyni zamanda, qanunvericiliyin tələbləri gözlənilmədən ixtisas sinfi verilmiş avtomobil sürücülərinə hesablanmış 14 068 manat vəsaitin və 3 446,66 manat məbləğində artıq ödənilmiş sığorta haqqının bərpası da icra olunmayıb.

Qeyd olunur ki, bu vəsaitlərin qaytarılması büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışan sürücülərə ixtisas sinfinin verilməsi üzrə prosedurların nəticələrinə uyğun təmin edilməlidir.

Hesabatda, həmçinin podratçı ilə bağlanmış yekun müqavilənin dəyərindən artıq ödənilmiş 2 871 manat vəsaitin bərpa edilmədiyi göstərilir. Bununla yanaşı, maliyyə və aktivlərin dəyərinin mühasibat uçotunda düzgün əks etdirilməməsi nəticəsində yaranmış təhriflərin müvafiq mühasibat yazılışları ilə aradan qaldırılması da bu günə kimi həyata keçirilməyib.

Bundan başqa, audit zamanı Naxçıvanın İnkişaf və Müdafiə Fondunun bank hesabında saxlanılan 31 milyon 501 min 489,24 manat vəsait üzrə ciddi nöqsanlar aşkarlanıb. Belə ki, Fondun gəlir mənbəyinə aid olmayan vəsaitlər hesabına formalaşdırılmış gəlirlərin digər fondlara aid hissəsinin müvafiq qaydada bərpa edilməsi və qalan məbləğin Muxtar Respublikanın büdcəsinə köçürülməsi də 2024-cü ildən indiyə qədər icra edilməyib.

Sadalanan bütün hallar üzrə qərarların icrası hazırda izlənilmə mərhələsində qalı

Bənzər Xəbərlər

09.02.202619 BaxılıbAriz Əhədov

Yas mərasimləri ilə bağlı YENİ QƏRAR

09.02.202616 BaxılıbAriz Əhədov

Tanınmış yazıçı VƏFAT ETDİ - FOTO

08.02.202646 BaxılıbAriz Əhədov

Hərbçilərimiz QƏZAYA DÜŞDÜ: ÖLƏN VAR

08.02.202615 BaxılıbAriz Əhədov

Bir ailənin 8 üzvü paytaxt salatından zəhərləndi

08.02.2026201 BaxılıbAriz Əhədov

Pensiya artımları fevral ayının neçəsindən ödənilməyə başlayacaq? - TARİX

08.02.202637 BaxılıbAriz Əhədov

Fevralın 9‑da bu bayram qeyd olunur

08.02.202682 BaxılıbAriz Əhədov

“İdrak”ın rəhbəri o SİRRİ AÇDI: “Hadisədən sonra xarici ölkədən zəng gəlib” 

08.02.202642 BaxılıbAriz Əhədov

Həmin hadisəyə görə Səməd Seyidovun köməkçisi də işdən ÇIXARILDI

08.02.202630 BaxılıbAriz Əhədov

Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ

Ən Çox Oxunanlar

Prezident Sərəncam imzaladı

22.10.20254. 253 Baxılıb

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.20253. 632 Baxılıb

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.20253. 360 Baxılıb

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.20253. 311 Baxılıb

Prezident Sərəncam imzaladı

22.10.20254. 253 Baxılıb

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.20253. 632 Baxılıb

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.20253. 360 Baxılıb

Bakıda dəhşətli yanğın: Restorana od vurub, qapıları kilidlədi… – VİDEO

10.02.2026

Yas mərasimləri ilə bağlı YENİ QƏRAR

09.02.2026

Tanınmış yazıçı VƏFAT ETDİ - FOTO

09.02.2026

Gündəlik xəbərlərə abunə olun

Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.