Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nəsimi rayon nümayəndəliyində kadr dəyişikliyi olub.
Yeniera.az-ın məlumatına görə, FHN-nin Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Seyidməmmədov Anar Aynal oğlu öz ərizəsinə əsasən ehtiyata buraxılıb.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bir neçə gün əvvəl bu barədə əmr imzalayıb.
Qeyd edək ki, Anar Seyidməmmədov uzun illərdir sözügedən şöbənin rəisi vəzifəsində çalışırdı. (Qayanrinfo)
