Avropa İttifaqı hərbi və iqtisadi cəhətdən Rusiyadan güclü olsa da, buna baxmayaraq, təhlükəsizliyi üçün Moskvanı danışıqlar masasına oturtmalıdır.

Yeniera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

“Bu gün Avropa Rusiyadan qat-qat güclüdür”, – Orban deyib.

“Ola bilsin ki, 140 milyon rus var, Aİ ölkələrinin əhalisi isə 400 milyonu ötür. Biz nüvə potensialı istisna olmaqla, iqtisadiyyat və hərbi büdcə baxımından Rusiyadan xeyli üstünük”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bəzi Aİ liderləri var ki, Rusiya ilə danışıqlar aparılmalı olacaq, amma indi yox.

Baş nazir onu da qeyd edib ki, silahlanma yarışının qarşısını almaq üçün Rusiya ilə Avropada təhlükəsizliklə bağlı razılaşma da lazımdır.

Leyla Cəfərova

Exit mobile version