Macarıstanın baş naziri Viktor Orban Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün yeni görüş keçirəcəyinə əminlik ifadə edib.
Yeniera.az xəbər verir ki, Brüsseldə Avropa İttifaqından olan həmkarları ilə görüşdə iştirak edən Macarıstan hökumətinin başçısı bu fikri “Kossuth” radiostansiyasının səhər proqramında bildirib.
“Burada, Avropada sülh sammitinin gündəmdən düşdüyünü dəqiq bilirlər. Bir həftədən sonra keçirilməyəcək, onun tarixi sual altındadır, lakin onun baş tutacağına şübhə yoxdur”, – hökumət başçısı bildirib. Onun fikrincə, hamı bilir ki, ruslar amerikalılarla razılığa gələcəklər. Rusiya-Amerika sammitinin Budapeştdə keçirilməsi planlaşdırılırdı.
Orban həmçinin bir daha Aİ liderlərini ABŞ-dan nümunə götürərək Rusiya ilə birbaşa danışıqlara başlamağa çağırıb.
Yeganə

