Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinq zamanı ölkəsinin Avropa İttifaqına (Aİ) üzv olmaq niyyətindən imtina etmək fikrində olmadığını bəyan edib.

Yeniera.az xəbər verir ki, hökumət başçısı prosesi müsbət qiymətləndirib:

“Bu qanunun qəbul edilməsi doğru addım idi. Mən mövcud prosesi müsbət qiymətləndirirəm”, – deyə o bildirib.

Paşinyan Aİ-yə üzvlüklə bağlı qərarın vətəndaş cəmiyyəti tərəfindən bəyənildiyini vurğulayıb. O qeyd edib ki, belə bir qərarı “güc tətbiq etməklə” qəbul etmək mümkün olmazdı.

Baş nazirin fikrincə, həmin qanun Ermənistanın xarici siyasətində ciddi uğurlar qazanmasına təkan verib.

“Elə tərəfdaşlar var ki, “bəlkə onu (qanunu – red.) ləğv edəsiniz” deyirlər. Mən isə buna cavab olaraq daim bildirirəm ki, bu, imkansızdır. Çünki burada söhbət təkcə parlamentin deyil, həm də erməni xalqının siyasi iradəsindən gedir”, – deyə Hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, Ermənistan son bir neçə aydır ki, Aİ-yə üzvlük mövzusunu müzakirə edir. Avqustun 24-də Paşinyan ölkənin yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə başlamaq niyyətində olduğunu bəyan edib.

Musavat.com.

Exit mobile version