Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? – VACİB AÇIQLAMA
“Hazırda paytaxtın dəyişdirilməsi ilə bağlı hər hansı rəsmi müzakirələr aparılmır və bu istiqamət gündəmdə deyil”.
Yeniera.az bildirir ki, bunu baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözərinə görə, mövcud şəraitdə belə bir addım məqsədəuyğun hesab edilmir:
“Regionların inkişafı isə hər zaman prioritet olaraq qalır. Əsas məqsəd paytaxtla regionlar arasındakı fərqi azaltmaq və balanslı iqtisadi artıma nail olmaqdır. Dövlət proqramları çərçivəsində regionların inkişafı davam etdirilir və bu sahəyə dövlət dəstəyi artırılır. Bu da bölgələrə daha çox investisiyanın cəlb olunmasına və regional iqtisadiyyatın güclənməsinə şərait yaradır.
Xüsusən regionlarda investisiyaların artırılması prioritet istiqamətlərdən biridir və bu sahədə əlavə addımlaprın atılması gözlənilir”.
