İran Prezidenti Məsud Pezeşkian Gülüstan əyalətində tibbi xidmətlərlə bağlı keçirilən görüşdə aldığı əməkhaqqı ilə bağlı diqqətçəkən açıqlama verib.

Bakupost.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalınməlumat yayıb.

O bildirib ki, milli valyutanın dəyərdən düşməsi səbəbindən aylıq gəliri təxminən 1 000 dollar təşkil edir.

Pezeşkian qeyd edib ki, həkimlərin keyfiyyətli xidmət göstərə bilməsi üçün onların normal maaş alması vacibdir.

“Əvvəllər həkim kimi ayda təxminən 6 000 dollar qazanırdımsa, indi prezident kimi təxminən 1 000 dollar maaş alıram”, – deyə o vurğulayıb.

Exit mobile version