Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il 4 iyul tarixli 936 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli və “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında” 2024-cü il 1 fevral tarixli 2462 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Yeniera.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747, № 11, maddələr 1018, 1023, № 12 (I kitab), maddə 1154; 2026, № 1, maddə 35, № 2, maddələr 123, 125) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.9-cu bənddən “164.1.26-cı,” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 1.9-1-ci bənd əlavə edilsin:

“1.9-1. həmin Məcəllənin 164.1.26-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hərbi təyinatlı məhsulların istehsalı layihələrinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, digər layihələrə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.”.

2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801 (Cild I); 2024, № 6 (I kitab), maddə 661, № 12 (II kitab), maddə 1371; 2025, № 12 (I kitab), maddə 1154; 2026, № 2, maddə 125) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.5-ci bənddən “20.0.17-ci (ikinci halda) və” sözləri çıxarılsın və həmin bənddə “maddələrində” sözü “maddəsində” sözü ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 3.5-3-cü bənd əlavə edilsin:

“3.5-3. həmin Qanunun 20.0.17-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hərbi təyinatlı məhsulların istehsalı layihələrinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, digər layihələrə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 682; 2019, № 2, maddə 241; 2022, № 8, maddə 858, № 12, maddə 1423; 2023, № 7, maddə 972) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissə üzrə:

3.1.1. 2.1-ci bəndə “olaraq,” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin 10-cu hissəsi üzrə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə, digər hissələri üzrə isə” sözləri əlavə edilsin və həmin bənddə “Nazirlik” sözü “qurumlar” sözü ilə əvəz edilsin;

3.1.2. 2.3-cü bənd üzrə:

3.1.2.1. birinci cümlədə “Nazirlik” sözü “qurumlar” sözü ilə əvəz edilsin;

3.1.2.2. ikinci cümlədə “Nazirlik” sözü “qurumlar” sözü ilə, ikinci halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin cümləyə “Komitəsinə” sözündən sonra “və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri əlavə edilsin;

3.1.3. 2.4-cü bənddə “Nazirlik” sözü “qurumlar” sözü ilə əvəz edilsin;

3.1.4. 2.5-ci bənddə “Nazirliyə” sözü “qurumlara” sözü ilə əvəz edilsin;

3.2. 3-cü hissə üzrə:

3.2.1. 3.1.2-ci yarımbənddə “Nazirlik” sözü “qurumlar” sözü ilə əvəz edilsin;

3.2.2. 3.3-cü bənddə “Nazirlik” sözü “qurumlar” sözü ilə, “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin cümləyə “Komitəsinə” sözündən sonra “və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2462 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 143 (Cild I); 2026, № 2, maddə 114) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələri”;

4.2. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Azərbaycan Respublikasında istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri”;

4.3. 10-cu hissənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 11 – 16-cı hissələr əlavə edilsin:

“11. Aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələri

12. Kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələri

13. Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələri

14. Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin (minimum 3 hektar) yaradılması layihələri

15. Kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələri

16. İnformasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələri.”.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295, (II kitab), maddə 1378; 2025, № 2, maddə 127, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 8, maddə 746, № 9, maddə 820; 2026, № 1, maddə 41, № 2, maddə 117, № 3, maddələr 223, 226; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7.1-ci bənddə “ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının” sözləri “Komitənin strukturuna daxil olan gömrük orqanlarının” sözləri ilə əvəz edilsin;

1.2. 7.2-ci bənddə “ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin idarə, şöbə və bölmə” sözləri “Komitənin strukturuna daxil olan gömrük orqanlarının rəisləri, həmin gömrük orqanlarının idarə, mərkəz, şöbə (bölmə), post” sözləri ilə, “böyük inspektorlar” sözləri “baş müstəntiqlər, baş təhqiqatçılar, böyük inspektorlar, böyük müstəntiqlər, böyük təhqiqatçılar” sözləri ilə əvəz edilsin və həmin bənddən “gömrük postlarının rəisləri,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036; 2026, № 1, maddə 36, № 2, maddə 123, № 3, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 aprel tarixli 643 nömrəli, 6 may tarixli 660 nömrəli və 2 iyun tarixli 676 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 14-1-ci hissə əlavə edilsin:

“14-1. Məcəllənin 212-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

14-1.1. elektron siqaretlərin və ya onların komponentlərinin idxalına və ixracına münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – bu Siyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

14-1.2. elektron siqaretlərin və ya onların komponentlərinin istehsalına, topdan və ya pərakəndə satışına və ya satış məqsədilə saxlanılmasına münasibətdə:

14-1.2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından – bu Siyahının 16.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

14-1.2.2. vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”;

2.2. 46.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“46.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Komitə Aparatının Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, həmin Baş İdarənin idarə, şöbə (bölmə) rəisləri, Komitənin strukturuna daxil olan gömrük orqanlarının rəisləri, onların müavinləri, həmin gömrük orqanlarının idarə, mərkəz, şöbə (bölmə), post rəisləri, onların müavinləri, baş inspektorlar, baş müstəntiqlər, baş təhqiqatçılar, böyük inspektorlar, böyük müstəntiqlər, böyük təhqiqatçılar, müstəntiqlər və təhqiqatçılar;”.

***

Prezident İlham Əliyev “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun tətbiqi və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci, 12.2-1–12.2-3-cü, 12.2-6-cı maddələrində, 22.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 28.1.10-cu və 28.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 22.1-ci maddəsinin birinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 28.1.10-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 12.1-ci, 12.2-1–12.2-3-cü, 12.2-6-cı və 28.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 123) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddən “, 10.7-ci” sözləri çıxarılsın və həmin bəndə “12.3-cü” sözlərindən əvvəl “12.2-1–12.2-3-cü, 12.2-6-cı,” sözləri, “22.1-ci maddəsinin birinci cümləsində” sözlərindən sonra “(hər iki halda)” sözləri, “28.1.4-cü,” sözlərindən sonra “28.1.10-cu, 28.3-cü,” sözləri əlavə edilsin;

3.2. 1.2-ci bəndə “(ikinci halda) maddələrində,” sözlərindən sonra “22.1-ci maddəsinin birinci cümləsində (birinci halda),” sözləri əlavə edilsin;

3.3. 1.3-cü bənddə “və 25.4-cü” sözləri “, 25.4-cü və 28.1.10-cu” sözləri ilə əvəz edilsin;

3.4. 1.5-ci bənddən “, 10.7-ci” sözləri çıxarılsın və həmin bəndə “12.3-cü” sözlərindən əvvəl “12.2-1–12.2-3-cü, 12.2-6-cı,” sözləri, “22.1-ci maddəsinin birinci cümləsində” sözlərindən sonra “(ikinci halda)” sözləri, “28.1.4-cü,” sözlərindən sonra “28.3-cü,” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğlərinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği” təsdiq edilsin (əlavə olunub).

2. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın məbləği” təsdiq edilsin (əlavə olunub).

3. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın məbləği” təsdiq edilsin (əlavə olunub).

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının yeni dövlət məvacibinin məbləği müəyyən edilənədək onlara dövlət məvacibinin ödənilməsi bu Fərmanın tətbiqinədək qüvvədə olan qaydada və məbləğdə davam etdirilir.

5. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlarına əlavə pul təminatının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2935 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 646 (Cild I) ləğv edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

7. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

***

Prezident İlham Əliyev Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq edilsin.

2. Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına təmin edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər növbəti maliyyə ili üzrə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi üçün tələb olunan məqsədli vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.

***

Prezident İlham Əliyev Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən ödənişin 50 (əlli) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilir;

2.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan subsidiya bu Fərman qüvvəyə mindikdən sonra elektrik şəbəkəsinə qoşulan sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinə şamil edilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan subsidiyanın 2027–2030-cu illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq, elektrik şəbəkəyə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılmasını təşkil etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Bu Fərman 2027-ci il yanvarın 1-dən qüvvəyə minir və 2030-cu il dekabrın 31-dək qüvvədədir.

Exit mobile version