• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
11°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Özəl

“Putinin dediyi fikirlər Azərbaycanın siyasi çəkisinin təsdiqidir” - Deputat

10 Oktyabr, 25 / 14:22
A A
“Putinin dediyi fikirlər Azərbaycanın siyasi çəkisinin təsdiqidir” - Deputat

“Düşənbədə keçirilən MDB dövlət və hökumət başçılarının Zirvə toplantısı regional münasibətlər sistemində yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Xüsusilə də Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan görüş, Azərbaycanın mülki təyyarəsinin Rusiya hava məkanında vurulmasından sonra dövlət başçıları səviyyəsində ilk dialoq olması baxımından strateji məna daşıyır”.

Bu fikirləri Yeniera.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi qrupunun üzvü, deputat Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Putinin təyyarə qəzası ilə bağlı geniş danışması Moskvanın faktiki olaraq Bakının haqlı mövqeyini qəbul etdiyini göstərir:

“Prezident Vladimir Putinin görüş zamanı hadisə ilə bağlı bir daha başsağlığı verməsi, üzr istəməsini xatırlatması, kompensasiya ödəniləcəyini və məsul şəxslərin cəzalandırılacağını bəyan etməsi Moskvanın faktiki olaraq Bakının haqlı mövqeyini qəbul etdiyini göstərir.

Əslində, Rusiya prezidentinin bu bəyanatı təkcə humanitar jest deyil, həm də siyasi etiraf xarakteri daşıyır.

Çünki hadisə baş verdiyi ilk gündən Azərbaycan tərəfi məsələni beynəlxalq hüququn prinsipləri çərçivəsində qaldıraraq, şəffaf araşdırma, məsuliyyətin müəyyənləşdirilməsi və kompensasiyanın təmin olunması tələbi ilə çıxış etmişdi. Bakı emosional ritorikadan, destruktiv bəyanatlardan uzaq duraraq, hadisəyə dövlət məsuliyyəti və strateji soyuqqanlılıq prizmasından yanaşdı. Bu, həm Rusiya diplomatiyasına, həm də beynəlxalq ictimaiyyətə açıq mesaj idi – Azərbaycan ədaləti tələb edən, lakin münasibətlərin strateji dəyərini qoruyan tərəfdir”.

Parlamentari qeyd edib ki, Rusiyanın qəzadan sonra məsuliyyəti öz üzərinə götürməsi Kremlin geosiyasi reallıq məsələsidir:

“Rusiyanın hadisədən aylar sonra məsuliyyətin tanınması istiqamətində addım atması, əslində, Kreml üçün reputasiyadan daha çox geosiyasi reallıq məsələsidir.

Prezident İlham Əliyevin bu prosesdə nümayiş etdirdiyi qətiyyətli, prinsipial və rasional mövqe hadisənin siyasi trayektoriyasını müəyyənləşdirən əsas amil kimi qiymətləndirilməlidir. Azərbaycan rəhbərliyinin ədalət prinsipinə əsaslanan ardıcıl, qətiyyətli siyasətinin Moskva üçün açıq siqnal olduğunu da söyləmək mümkündür. Bu yanaşma təkcə konkret hadisəyə deyil, ümumilikdə regionda formalaşan yeni siyasi reallığa, Azərbaycanın strateji müstəqilliyinə əsaslanan xarici siyasət kursuna da dəlalət edir”.

Deputat bildirib ki, Rusiya üçün Azərbaycanın bu məsələyə münasibəti gələcəkdəki münasibətləri formalaşdırır:

“Rusiya üçün bu hadisəyə Azərbaycanın yanaşması həm də münasibətlərin gələcək formatını müəyyənləşdirən faktor kimi dəyərləndirilə bilər. Kremlin gecikmiş etirafı göstərdi ki, Azərbaycanla dialoq yalnız qarşılıqlı hörmət, bərabərlik və hüquqi məsuliyyət prinsipləri üzərində qurulduğu halda davamlı ola bilər.

Putinin açıqlamaları bir daha sübut edir ki, Azərbaycanın ardıcıl və prinsipial siyasəti qarşısında hətta böyük dövlətlər də öz mövqelərini korrektə etməyə məcbur qalırlar. Bu, diplomatik mübarizənin və milli maraqlara əsaslanan siyasi liderliyin real nümunəsidir. Azərbaycan hadisəni beynəlxalq hüququn və siyasi etikanın kontekstində idarə etməklə, həm dövlət nüfuzunu qorudu, həm də regionda güc və ədalət arasında tarazlıq modelinin tətbiqibin mümkünlüyünü ortaya qoydu”.

E.Mirzəbəyli hesab edir ki, Putinin dediyi fikirlər Azərbaycanın siyasi çəkisinin təsdiqi kimi dəyərləndirilməlidir:

“Beləliklə, Rusiya prezidentinin Düşənbədə səsləndirdiyi fikirlər bir dövlətin digərinin mövqeyinə verdiyi sadə diplomatik reaksiya deyil, Azərbaycanın prinsipial mövqeyinin və siyasi çəkisinin təsdiqi kimi dəyərləndirilməlidir. Bu hadisə göstərdi ki, müasir geosiyasətdə ədalət, qətiyyət və strateji müstəqillik bəzən ən güclü hərbi resurslardan daha təsirli vasitəyə çevrilə bilər”.

Mikayıl Mirzəzadə

 

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Türkiyədən gətirilən bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Növbəti Yazı

DİM: 584 bakalavr ödənişsiz təhsil alacaq

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.