Ukraynaya qarşı müharibənin başlamasından sonra Rusiyada ilk dəfə parlament seçkiləri keçirilib.

Yeniera.az xəbər verir ki, ilkin nəticələrə əsasən, hakim “Vahid Rusiya” partiyası Dövlət Dumasına keçirilən seçkilərdə böyük fərqlə öndədir.

Rusiya Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara görə, “Vahid Rusiya” Dövlət Dumasında 450 yerdən 355-ni əldə edib.

Rusiyada üç gün davam edən səsvermənin son günü Ukraynanın genişmiqyaslı hücumları fonunda keçirilib. Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib ki, ölkə ərazisində, həmçinin Rusiyanın ilhaq etdiyi Krım yarımadasında və Qara dəniz üzərində ümumilikdə 1110 Ukrayna pilotsuz uçuş aparatı vurulub.

Exit mobile version