BMT-nin Cenevrədəki Qadın Ofisinin direktoru Sofiya Kaltorp Qəzzada 1 milyondan çox qadın və qızın ərzaq yardımına, təxminən 250 min qadının isə təcili qidalanma dəstəyinə ehtiyacı olduğunu bildirib.
Yeniera.az xəbər verir ki, Kaltorp bu qiymətləndirməni BMT-nin Cenevrədəki həftəlik mətbuat konfransında verib.
Son iki ildə Qəzzada hər saatda təxminən iki qadın və qızın öldürüldüyünü qeyd edən Kaltorp, bu rəqəmin hücumların miqyasını açıq şəkildə ortaya qoyduğunu bildirib.
O, qeyd edib:
“Qəzzada qadınların və qızların ehtiyacları hər zamankindən daha böyükdür. 1 milyondan çox qadın və qızın ərzaq yardımına, təxminən 250.000 nəfərin isə təcili qidalanma dəstəyinə ehtiyacı var”.
Yeganə

