Son illər Azərbaycanda estetik və plastik cərrahiyyə sahəsində baş verən neqativ hallar, diplomsuz və ya müvafiq ixtisaslaşma keçmədən bıçaq altına girən şəxslərin əməlləri cəmiyyətdə haqlı narazılıq doğurur.
Yeniera.az veteninfo.az-a istinadən xəbər verir ki, qanunvericiliyin tələblərinə kobud şəkildə məhəl qoyulmaması, vətəndaşların həyatı və sağlamlığı ilə açıq-aşkar qumar oynanılması halları diqqətdən kənarda qala bilməz. Bu qanunsuzluq dalğasının mərkəzində adları hallanan şəxslərdən biri də Natəvan Əmirovadır.
Əvvəllər “Laser Beauty Clinic”də fəaliyyət göstərən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlamaları zamanı cərrah kimi fəaliyyət göstərmək üçün heç bir müvafiq ixtisası və hüquqi əsası olmadığı üzə çıxan Natəvan Əmirova indi də fəaliyyətini “Universal Hospital”da davam etdirir. Dövlət qurumlarının rəsmi olaraq haqqında pozuntular aşkar etdiyi, cərrahlıq ixtisasının olmadığını bəyan etdiyi bir şəxsin bu gün çoxprofilli xəstəgörəcək səviyyədə fəaliyyət göstərən “Universal Hospital” kimi tibb müəssisəsində qucaq açması nə deməkdir? Bu, xəstəxana rəhbərliyinin qanunlara açıq şəkildə saymaması və maddi qazanc naminə pasiyentlərin həyatını təhlükəyə atması deyilmi?
https://www.instagram.com/reel/DbqpNjFNbb1/?igsh=MTZ1eWZ0bXc1anhwYg%3D%3D
Azərbaycanda səhiyyə sisteminin şəffaflaşdırılması, vətəndaşların həyat və sağlamlığının qorunması istiqamətində son illər atılan ciddi addımlar bəzi tibb müəssisələrinin hələ də köhnə idarəçilik üsullarından əl çəkmədiyini göstərir. “Universal Hospital” qanunvericiliyin tələblərini açıq şəkildə pozaraq, heç bir ixtisası və rəsmi sertifikatı olmayan şəxsləri əməliyyat masasına buraxan klinikalardan biri olamağa nə vadar edir. Qanuna görə, plastik və…. estetik əməliyyatları həyata keçirmək üçün həkim yalnız müvafiq rezidentura təhsili almalı və Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən təsdiqlənmiş rəsmi sertifikata malik olmalıdır. Lakin “Laser Beauty Clinic”-də yoxlamalar zamanı məlum olub ki, Natəvan Əmirovanın sertifikatsız özəl tibbi praktik fəaliyyətlə məşğul olması rəsmi şəkildə qeydə alınıb və aidiyyəti qurumlar tərəfindən müəssisə barəsində inzibati tənbeh tədbirləri seçilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
