Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royad Məmmədov” yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib.
Yeniera.az xəbər verir ki, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir.
Onun fotosunu təqdim edirik:
Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.
Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digər heyət üzvləri isə ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar. Oxu.Az
