Növbəti mövsüm heyətində ciddi dəyişikliklər edəcək “Qarabağ” sıralarına portuqaliyalı futbolçu Joao Qulartı qatacaq.
Yeniera.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Bildirilib ki, Portuqaliyanın “Kaza Pia” klubunda çıxış edən oyunçu mövsümün sonunda Azərbaycan təmsilçisinə keçəcək.
26 yaşlı mərkəz müdafiəçisinin transferi üçün “Qarabağ” qarşı tərəfə 1,5 milyon avro ödəyəcək.
